19 Sentyabr 2016 20:43
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ kəşfiyyatının yanlışlıqla Suriya ordusunu vurması ona baha başa gələcək”.

Teleqraf.com xəbər verir ki, bunu “The American Conservative” nəşrinin eksperti Daniel Larison deyib: “Pentaqon hadisənin yanlışlıqla törədildiyini açıqlayıb. Bu, çoxtərəfli vətəndaş müharibəsi şəraitində bombardmanların nə dərəcədə təhlükəli olduğunu göstərir. Vəziyyəti daha da ağırlaşdıran hücumun İŞİD terrorçuları ilə mübarizə aparan hərbi birləşməyə tərəf edilməsi olub. ABŞ-ın bu “səhvi” terrorçuların xeyrinə olub və bu arqument ya Moskva, ya da ki Dəməşq tərəfindən Vaşinqtona qarşı istifadə edilə bilər. Bundan əlavə, insident Rusiya və ABŞ arasında atəşkəs razılaşması əldə ediləndən sonra baş verib.

Hadisə Suriyada vəziyyətin gərginləşməsinə və münaqişənin diplomatik həllinin alt-üst olmasına səbəb ola bilər”.

ABŞ hərbi hava qüvvələri Kobanidə rejim ordusuna 4 zərbə endirib. Nəticədə də 60-dan çox əsgər ölüb, 100-dən çoxu isə yaralanıb. ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı Suriya ordusunun mövqelərinə zərbələr endirdiyini etiraf etsə də, bunun səhvən baş verdiyini açıqlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər