19 Sentyabr 2016 20:15
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə hökuməti ABŞ-ın liderliyindəki koalisiya qüvvələrinin Suriyada rejim əsgərlərini qəsdən hədəfə almayacağını deyib.

İngiltərə Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Koalisiya qüvvələrinin Deyrizordakı hava hücumunda iştirak etdiyini təsdiqləyirik. Bununla bağlı araşdırmalar davam edir. Biz Suriya qanuni hökumət qüvvələrini qəsdən hədəfə almarıq”.

Koalisiya qüvvələrinin hücumu zamanı 62 əsgərin öldürüldüyü, 100-dən çoxunun yaralandığı deyilir.

Amerika hökuməti isə bombaladıqları yerlərin İŞİD-ə aid olduğunu sandıqlarını deyib.

Sevinc


Müəllif:

Oxşar xəbərlər