19 Sentyabr 2016 21:55
396

Azərbaycanın dövlət başçısı İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür.

Bu sözləri APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman deyib.

“Azərbaycan bizim doğurdan da “Bir millət, iki dövlət” şüarı ilə birlikdə olduğumuz qardaş ölkədir. O cür insanların fəaliyyətlərinə icazə verməsinlər. FETÖ “sülh, mülayim islam” maskalarının arxasında böyük dövlətlərə xidmət edən zavallı bir qrupdur”, - deyə İsmayıl Qəhrəman bildirib.

“İlham Əliyev böyük dövlət xadimidir, lazımi tədbirləri görür. Bir çox platformada biz Azərbaycanla bir yerdəyik, bir-birimizi kürək-kürəyə, çiyin-çiyinə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”, - deyə Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb.


Müəllif: