Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Multimedia Mərkəzinin ziyarəti zamanı dombrada ifa edib.
Axar.az xəbər verir ki, sözügedən video Akordanın ( Akorda – Qazaxıstan Prezidentinin iqamətgahı) rəsmi İnstaqram hesabından yayılıb.
Ziyarət zamanı Nazarbayev öz şəxsi dombrasını mərkəzə hədiyyə edib.