29 İyun 2014 20:19
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hazırki prezidenti Abdullah Gül növbəti prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bəyan edib.

Teleqraf.com-un məlumatına görə, jurnalistlərin suallarını cavablandıran A.Gül avqustun 28-də səlahiyyət müddətinin başa çatacağını söyləyib: “Seçkilərdə namizədliyimi verməyəcəyəm. Bu barədə martın 30-da bələdiyyə seçkilərindən əvvəl Tayyib bəyə söyləmişdim. Məsələ ilə əlaqədar aramızda söhbət etmişdik”.

O, jurnalistlərin baş nazirlik postu ilə əlaqədar sualını belə cavablandırıb: “Bu barədə daha sonra danışacağıq”.
A.Gül baş nazirlik postunda adının çəkilməsi barədə suala cavabında hazırki baş nazir Rəcəb Tayyib Ərdoğanla müzakirə aparacağını və daha sonra bu barədə danışa biləcəyini vurğulayıb.

Qeyd edək ki, dövlət başçısı A.Gül bu gün baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Xatırladaq ki, avqustun 10-da Türkiyə Respublikası tarixində prezidenti ilk dəfə xalq seçəcək. Türkiyənin əvvəlki 11 prezidenti Böyük Millət Məclisində seçilib. 2007-ci ildə seçilmiş 11-ci prezident Abdulla Gülün səlahiyyət müddəti bu il başa çatır. Hakim Ədalət və İnkişaf Partiyasının seçkidə baş nazir Rəcəb Teyyub Ərdoğanı namizəd göstərəcəyi istisna deyil.


Müəllif: