20 Sentyabr 2016 01:15
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan prezidenti BMT-nın Baş Məclisinin 71-ci sessiyasında iştrak etməyəcək.

Trend Qırğızıstan Prezidentinin saytına istinadən xəbər verir ki, Nyu-Yorka yollanan Almazbek Atambayev İstanbulun Atatürk Hava limanında özünü pis hiss edib.

Həkimlərin ilkin rəyinə görə, Atambayevin ürəyində problemlər aşkarlanıb.

Bununla əlaqədar Prezident Almazbek Atambayev tibbi müayinədən keçiriləcək və bir müddət həkimlərin nəzarəti altında olacaq.

Nyu-Yorkda BMT Baş Məclisinin 71-ci sessiyasında Qırğızıstanın nümayəndə heyətinə xarici işlər naziri Abdıllayev Erlan rəhbərlik edəcək.


Müəllif:

Oxşar xəbərlər