Rusiyanın Suriyadakı atəşkəs rejiminə nəzarət mərkəzi "Əl Nusra" qruplaşmasının Hələbin cənub-qərbində Əsəd ordusuna qarşı geniş hücuma keçdiyini bildirib.
Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, "Əl Nusra" döyüşçüləri Xan Tuman istiqamətindən Suriya ordusunun Əsəd adına Akademiya və 1070-ci məhəllədəki mövqelərini atəşə tutub.
Müxaliflərin tank, reaktiv yayılım atəş sistemləri və minemyotlardan atəş açdıqları bildirilir. Əsəd ordusu ilə yanaşı dinc sakinlər də atəşə tutulub.
Hökumət qüvvələri ağır müdafiə döyüşləri aparır. Onlar terrorçuları Hələbin mərkəzinə buraxmamağa çalışır.
Nihad