20 Sentyabr 2016 13:47
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nın Baş Məclisinin 71-ci sessiyasında iştrak etmək üçün Nyu-Yorka yollanan Qırğızıstan prezidenti Almazbek Atambayev İstanbulun Atatürk Hava limanında özünü pis hiss edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, Atatürk aeroportundakı oteldə 4 saat dincəlib və tibbi yoxlanışdan keçib.

Qırğızıstan Prezidentinin saytının yaydığı məlumata görə, Qırğızıstan prezidenti BMT-nın Baş Məclisinin sessiyasında iştirak etməyəcək. 71-ci sessiyada Qırğızıstanın nümayəndə heyətinə xarici işlər naziri Abdıllayev Erlan rəhbərlik edəcək.

Atambayev Egey dənizin sahilindəki xəstəxanalardan birinə yerləşdirilib.

Qeyd edək ki, Qırğızıstan prezidenti səhhətinə görə məzuniyyətə çıxıb.

Samir


Müəllif:

Oxşar xəbərlər