20 Sentyabr 2016 16:32
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sarkisyan yeni hökumətdə ilk təyinatlar edib.

Teleqraf.com erməni KİV-ə istinadən xəbər verir ki, sərəncama əsasən, Vaçe Qabrelyan baş nazirin müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri David Arutunyan isə Prezident Aparatı rəhbəri postlarında qalıblar.

Ermənistanda yeni maliyyə naziri Vardan Armanyan, nəqliyyat və rabitə naziri Vaan Martirosyan, kənd təsərrüfatı naziri İqnatiy Arakelyan, energetika və təbii sərvətlər naziri isə Aşot Manukyan təyin olunub.

Sarkisyan, həmçinin Aleksan Arutunyanı Prezident Administrasiyasının rəhbərinin müavini təyin edib.

Samir


Müəllif: