20 Sentyabr 2016 19:16
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Evliliklərinin 60-cı ildönümü ərəfəsində 82 yaşlı Ken Morqan 78 yaşlı həyat yoldaşı Şirli Morqana avtobus hədiyyə edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ken bununla Şirlini təəccübləndirmək fikrinə düşüb.

Kenin sözlərinə görə, bu avtobus onlar üçün özəlliyi ilə seçilir: "Biz ilk dəfə bu avtobusda tanış olmuşuq. Ümumilikdə avtobusa 112 min funt xərclədim, onu yenidən qurdum və hədiyyə etdim".

Şirli isə həyat yoldaşı ilə fəxr etdiyini deyib: "1956-cı ildə bu avtobusda tanış olmuşuq və 3 il sonra ailə həyatı qurmuşuq. O mənim fəxrimdir".

Elvin


Müəllif:

Oxşar xəbərlər