Türkiyə Fərat Qalxanı Hərəkatı çərçivəsində Suriyaya quru qoşunları göndərəcək.
Teleqraf.com xəbər verir ki, həmin qüvvələr Əl-Bab şəhərinin İŞİD terrorçularından azad edilməsinə yardım göstərəcək.
Bununla bağlı Türkiyə mediası hərbi mənbəyə istinadən məlumat yayıb. Onun sözlərinə görə, şəhərin azad edilməsi üzrə müxtəlif planlar nəzərdən keçirilir.
Mənbə əlavə edib ki, Türkiyə Rakka şəhərinin azad edilməsi üçün əməliyyatlara tək başlamaq niyyətində deyil.
Samir