Türkmənistanda siqaret qıtlığıdır, mağazalarda izdihamlı növbələr qarşıdurmaya səbəb olur.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ötən həftə paytaxt Aşqabadda sirk binasının yaxınlığındakı mağazada alıcılar arasında dava düşüb.
Səhər saat 08:00-da açılan mağazada satıcılar iki saat sonra başlayan qarışıqlığı sakitləşdirmək üçün polis çağırmalı olublar. Polis 500 nəfərlik izdihamı çətinliklə sakitləşdirə bilib.
Ölkədə siqaret qıtlığının səbəbləri məlum deyil.
Bir qutu siqaret mağazada 12, əldə isə 42 türkmən manatına satılır. 12 türkmən manatı təxminən 3.43 dolara, 42 türkmən manatı isə 12 dollara bərabərdir.
Mahir