22 Sentyabr 2016 11:02
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində keçirilən etiraz aksiyaları zamanı atəş səsləri eşidilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 20-də 43 yaşlı Afrika əsilli Keyt Lamont Skottun güllələnməsinə etiraz olaraq keçirilən aksiyada insident yaşanıb.

Məlumatlara görə, polis qanunsuz adlandırdığı aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Təhlükəsizlik işçilərindən biri kütləyə doğru pnevmatik silahdan atəş açıb. Hadisə nəticəsində 1 etirazçı yaralanıb.

Olaydan sonra etirazçılarla polis arasında toqquşma baş verib. Hadisələr zamanı 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Şimali Karolinanın qubernatoru Patrik Makrori şəhərdə fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, Keyt Lamont Skott avtomobilini yolun ortasında saxladığı zaman polisə tabe olmadığı üçün güllələnib.

Samir


Müəllif: