22 Sentyabr 2016 14:35
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı hərbçilər ölkə rəhbərliyinə müraciət edərək, İraqa daha 500 əsgərin göndərilməsini təklif ediblər.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumatlara görə, göndəriləcək hərbi qüvvələr Mosul şəhərinin azad edilməsinə yardım göstərəcək: "Əgər Ağ Ev bu təklifi dəyərləndirsə, bu zaman ABŞ ordusu iraqlı həmkarları ilə birlikdə Mosulun azad edilməsi üçün İŞİD-ə qarşı əməliyyatlara başlayacaq".

"Wall Street Journal" nəşrinə danışan Amerikalı hərbi nümayəndə bildirib ki, Mosul əməliyyatları oktyabrın ortalarında start götürəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər