22 Sentyabr 2016 18:29
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusuna məxsus döyüş təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Yaponiyanın Okinava adası yaxınlığında baş verib.

Təyyarə bilinməyən səbəbdən dənizə düşüb. Hazırda axtarış-xilasetmə işləri aparılır. Məlumatlara görə, hadisə zamanı təyyarədə iki pilot olub. Onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.

Samir


Müəllif: