23 Sentyabr 2016 00:50
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın liderliyində qurulan antiterror koalisiya qüvvələrinin dəstəyi nəticəsində İraq ordusu Şirkat şəhərinin mərkəzini nəzarət altına alıb.

Teleqraf.com xəbər verir ki, bu şəhərə geri almaqla İraq hökuməti Mosulu İŞİD qüvvələrindən təmizləmək istiqamətində hərbi baxımdan strateji nöqtəyə sahib olub.

Ərazidə hərbi əməliyyatlara nəzarət edən mənbələrdən əldə olunan xəbərə görə, yerli polis və bəzi sünni tayfalarının dəstəklədiyi İraq ordusunun bələdiyyə binasını nəzarət altına alnmasından sonra İŞİD qüvvələri ilə amansız toqquşmalar davam edir.

Mosulun təxminən 60 kilometrliyində olan Şirkat bir müddətdir İraq ordusu və İranın dəstəklədiyi şiə polislər tərəfindən mühasirəyə alınmışdı. Lakin son hücumda və şəhərin geri alınmasında polis əməkdaşları iştirak etməyib.

Xatırladaq ki, İraq baş naziri Heydər Abadinin əməliyyatlara başlandığı haqda bəyanatından sonra İraq qüvvələri sürətli bir şəkildə Şərkat bölgəsi istiqamətində irəliləyir.

Nemət


Müəllif:

Oxşar xəbərlər