23 Sentyabr 2016 14:15
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasına seçkilərin nəticələri açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Nikolay Bulayev bildirib.

Onun sözlərinə görə, seçkilərdə Vahid Rusiya partiyası 343 yer qazanıb: "Rusiya Kommunist partiyası 42 yerlə ikinci, liberal demokratlar 39 mandatla 3-cü, Ədalətli Rusiya partiyası 23 mandatla 4-cü yeri tutub. Vətəndaş Platforması və Vətən partiyası Dumada 1 deputatla təmsil olunacaq. Bundan başqa, parlamentdə 1 mandat müstəqil deputata veriləcək".

Bulayev əlavə edib ki, seçkilərdə seçici fəallığı 47,88 faiz olub.

Qeyd edək ki, Rusiyada seçkilər 18 sentyabrda keçirilib.

Samir


Müəllif: