Rusiya prezidenti Vladimir Putin Vyaçeslav Volodinə Dövlət Dumasının sədri vəzifəsini təklfi edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Putin partiya liderləri ilə görüşü zamanı məlumat verib.
Onun sözlərinə görə, bu qərar baş nazir Dmitri Medvedev tərəfindən dəstəklənir: "Biz Vahid Rusiya partiyasından xahiş edəcəyik ki, Volodinin namizədliyini dəstəkləsin. Volodində spiker postu üçün lazımi təcrübə var".
Qeyd edək ki, Volodin 1999-2010-cu illərdə deputat olub. 2010-cu ildə o, baş nazirin müavini vəzifəsinə təyin edilib. 2016-cı ilin sentyabrın 18-də Volodin yenidən deputat seçilib.
Samir