30 İyun 2014 11:31
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın şərqdə Kürdistan dövlətinin yaradılmasının tərəfdarı olduğunu bəyan edib.

Baş nazir bildirib ki, Kürdistan dövlətinin İraq Şam İslam Dövlətinə qarşı mübarizəni daha da gücləndirmək məqsədilə yaradılması məqsədə uyğundur. “Çünki kürdlər döyüşkən xalqdır. Onlar öz dövlətlərinin qurulmasına layiqdir ”, deyə Netanyahu bildirib.

Qeyd edək ki, peşmərgələr bir müddət əvvəl İraqın Kərkük şəhərini ələ kçeirib. İŞİD isə bir sıra böyük şəhərlərdə nəzarəti ələ alıb. Son məlumatlara görə, İraq ordusu bu gecə 140-dan çox terrorçu məhv edilib./ans/


Müəllif: