24 Sentyabr 2016 13:00
430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalındakı Hələb vilayətinin İŞİD-in və müxalifətin nəzarət etdikləri ərazilərində həyata keçirilən hava hücumları zamanı həlak olan mülki vətəndaşların sayı 86-ya, yaralananların sayı 200-ə çatıb.

Teleqraf.com “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, şiddətli hava hücumları Suriya və Rusiya Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri tərəfindən həyata keçirilib.

“Anadolu Agentliyi” Suriyanın rəsmi “SANA” xəbər agentliyinə istinadən bildirir ki, Suriya rejimi Hələbin atəş altında tutduqları şərq hissəsində quru əməliyyatları keçirilməsinə hazırlıq görür. Suriya rejiminin əməliyyatlarına Rusiya da dəstək verir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər