24 Sentyabr 2016 17:45
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının toplantısında çıxış edən Yəmən prezidenti Mənsur Hadi İranın ölkəsinin daxili işlərinə qarışmasından və müxalif şiələrə hərtərəfli yardımından danışıb.

Teleqraf.com-un məlumatına görə, İranın müxalif husiləri silah-sursatla təmin etməsinə toxunan Mənsur Hadi deyib ki, o və onun tərəfdarları İranın Yəməni ələ keçirməsinə imkan verməyəcək: “Biz Yəməni İranın cəngindən qurtaracaq, Yəmən bayrağını bu ölkənin hər qarış torpağında qaldırıb dalğalandıracağıq. Biz Yəmənin qanuni hökumətinin təməlini qoyacaq və ölkəni İranın nüfuzundan qoruyacağıq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti Yəmənin qanuni prezidenti sayılan Mənsur Hadi və onun hökumətini, İran isə bu ölkənin qanuni hökumətinə qarşı silahlı mübarizə aparan müxalif şiələri dəstəkləyir.

Samir


Müəllif:

Oxşar xəbərlər