Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın liderlik etdiyi koalisiya qüvvələrinin Deyr ez Zorda Suriya ordusunun mövqelərini bombalaması ilə bağlı danışıb.
Teleqraf.com xəbər verir ki, Lavrov amerikalı həmkarı Con Kerri ilə bu həftə Nyu Yorkda keçirdikləri görüşdən söz açarkən Amerika hökumətinin Deyr ez Zorda baş verənlərin səhv olduğunu və Rusiya vasitəsilə Bəşər Əsəddən üzr istədiklərini dilə gətirib.
Qeyd edək ki, Deyr əz-Zor aerodromunun ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən hava bombardmanına məruz qalması nəticəsində Suriya ordusunun 62 əsgəri həlak olmuşdu. Pentaqon bəyan etdi ki, bombardman yanlışlıq üzündən baş verib və koalisiya qüvvələri səhvən İŞİD-in mövqelərinə zərbə endirdiklərini düşünüblər.
Sevinc