PKK terror təşkilatının Suriya qolu olan PYD-yə Avropanın verdiyi dəstək, Türkiyənin xəbərdarlıqlarına baxmayaraq, artmaqda davam edir.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, PYD dünən Belçikanın paytaxtı Brüsseldə "Avropa Konqresi" adlı tədbir keçirib. Konqresdə PYD-nin şəhid saydığı şəxslərlə yanaşı PKK lideri Abdullah Öcalanın da fotoları asılıb. Bu plakatlar "PKK və PYD başqa-başqa qurumlardır" deyən AB ölkələri və ABŞ-ın fikirlərinin bir dha yanlış olduğunu ortaya qoyub. Dünən başlayan və bu gün də davam edəcək tədbirə PYD-nin liderlərindən olan Saleh Müslim və Asiya Abdullah da qatılıb. Tədbirin təhlükəsizliyini isə Belçika polisi təmin edib.
Nihad