“Jakarta Globe” qəzetinin yaydığı məlumata əsasən, Cakartanın cənub hissəsində piyada körpüsünün uçması nəticəsində üç nəfər həlak olub.
Paytaxt polisinin nümayəndəsi Avi Setiyononun sözlərini sitat gətirən qəzet yazır: “Hadisə nəticəsində iki nəfər həlak olub, bir nəfər isə çox ağır vəziyyətdədir”.
Qəzet Təbii Fəalkətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinə istinadla bildirib ki, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumatlara əsasən, körpünün leysan yağışlar və güclü külək nəticəsində uçduğu güman olunur. Lakin ANTARA agentliyinin məlumatına görə, Cakarta xüsusi paytaxt dairəsinin qubernatoru Basuki Çaxaya Purnama hadisəyə körpünün reklamlarla həddindən artıq yüklənməsinin də səbəb ola biləcəyini istisna etmir və bunu araşdırmaq barədə göstəriş verib.