Nigeriyada ötən ay hücumlar nəticəsində öldüyü və ya ağır yaralandığı deyilən islamçı Boko Haram qrupunun lideri Abubakar Şekau sağdır.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, İnternetdə yayılmış son videoda ərəb, hausa və kanuri dillərində danışan Abubakar Şekau bildirib ki, o, sağlam və təhlükəsizlikdə yaşayır.
Qeyd edək ki, 2014-cü ilin aprelində ölkənin şimalında yerləşən Çibok şəhərinə hücum zamanı qrup 276 məktəbli qızı əsir tutub və onları satacağını deyib.
Qızlardan 219 nəfəri hələ də azad edilməyib. 2014-cü ildə hökümət qrupa qarşı hərbi hücumlara başlayıb.