Böyük Britaniyanın xarici işlər katibi Boris Conson iddia edib ki, əgər Rusiyanın Suriyada yardım konvoyuna hücumda əli varsa, bu, "hərbi cinayət" kimi qəbul edilə bilər.
Teleqraf.com xəbər verir ki, o, BBC-yə açıqlamasında Rusiyanın Suriyadakı müharibəni uzatmaqda təqsirli sayıb.
Suriya höküməti ötən həftə, atəşkəsin pozulmasından sonra qiyamçıların zəbt etdiyi ərazilərə hücumlar etdiyini açıqlayıb. Hücum zamanı 18 yük maşını partladılıb və anbara edilən hücum zamanı 20 nəfər ölüb.
Rusiya bu iddiaları rədd edərək hadisəyə görə qiyamçıları və ya ABŞ-ın pilotsuz cihazını ittiham edib.