Suriyanın Hələb əyalətində son günlər baş verən döyüşlər nəticəsində 200-dən çox mülki şəx öldürülüb.
Teleqraf.com- un xarici mətbuata istinadla verdiyi məlumata görə, bu barədə BMT baş katibi Pan ki Mun açıqlama verib.
Onun sözlərinə, hərbi qarşıdurma zamanı əyalətdə ölənlərin sayı 213-ə çatıb. Baş katib qeyd edib ki, baş verənlərə görə məsuliyyət Bəşər Əsəd və onu dəstəkləyən qüvvələrin üzərinə düşür.