26 Sentyabr 2016 14:35
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay qatıldığı yarışda “Ərdoğanı təhqir etdiyi iddiası ilə” gündəmə gələn İngiltərə xarici işlər naziri Boris Conson Türkiyəyə gəlib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, nazir ilk olaraq Ankaradan Qaziantepe şəhərində gedib.

Onun rəhbərlik etdiyi heyət ciddi təhlükəsizlik tədbirləri şəraitində 11 min suriyalı qaçqının məskunlaşdığı Nizip-1 çadır şəhərciyini ziyarət edib.

Səfər çərçivəsində İngiltərənin xarici işlər naziri türkiyəli həmkarı Çavuşoğlu, prezident Ərdoğan və baş nazir Binali Yıldırımla müzakirələr aparacaq. Bu görüşlərdən sonra yüksək statuslu qonaq Türkiyə Böyük Millət Məclisinə gedəcək, 15 iyul çevriliş zamanı bombalanan əraziyə baxacaq.

Xatırladaq ki, İngiltərənin xarici işlər naziri Boris Consonun adı ötən ay prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməklə gündəmə gəlib. İngiltərədə nəşr edilən həftəlik “The spectator” jurnalının müəllifi Du qlas Murray ötən ay “prezident Ərdoğana təhqir məzmunlu şer yarışması” təşkil etmişdi. Bu yarışı isə Boris Conson qazanmışdı.

Nazirin şeirini jurnal öz saytında xəbər yerləşdirib.

Londonun sabiq meri, hazırda İngiltərənin xarici işlər naziri postunda olan Conson əslən türkdür. O, Ferit Paşa hökumətinin daxili işlər və milli təhsil naziri ilan Əli Kamalın nəvəsi Stanley Consonun oğludur. Nazirin babası Əli Kamal Türkiyədə milli mübarizənin əleyhdarı kimi tanınır.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər