BMT-nin 71-ci Baş Məclisinin toplantısına gedən İsrailin baş naziri Binyamin Netanyahu Türkiyəni qəzəbləndirəcək açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Nyu-Yorkda Avstraliya baş naziri Malcolm Turnbulla görüşən İsrail baş naziri Netanyahu Türkiyənin xoşuna gəlməyəcək ifadələri ilə diqqəti çəkib. Görüş sentyabrın 21-də baş tutub, lakin Netanyahunun ofisi bu günlərdə məsələ ilə bağlı açıqlama verib.
İsrail baş nazirinin ofisindən verilən şərhdə qeyd edilir ki, Netanyahu sentyabrın 21-də Avstraliya baş naziri ilə keçirdiyi görüş zamanı “Ölkəmizin Osmanlı İmperatorluğundan qurtarılması üçün Avstraliya ordusunun etdikləri üçün sizə borcluyuq”, deyib. Bundan başqa, İsrail baş naziri bu hadisəni böyük hadisə adlandıraraq, bu olayın tarixdəki son piyada axını olacağına ümid etdiyini deyib.
Avstraliya baş naziri Turnbull isə buna cavab olaraq bildirib ki, bəli, doğrudur, bu tarixdə son piyada axını idi.
Qeyd edək ki, İngilis ordusunun Anzak adlı birliklərinin 1917-ci ildə təşkil etdiyi hücumlar nəticəsində Osmanlı İmperatorluğu Birüssebini boşaltmağa məcbur olub. Həmçinin Osmanlı İmperatorluğu cəbhədəki gərgin vəziyyət səbəbindən həmin il noyabrın 5-də Qəzza bölgəsini boşaldıb və noyabrın 7-də ingilislər Qəzzanı ələ keçirib. 1948-ci ilə qədər ingilislərin rəhbərliyinin altında olan şəhər bu gün İsrail ərazisi hesab olunur.
Nemət