Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyanın Donetsdəki zirehli texnikalarının sayını açıqlayıb.
Axar.az xəbər verir ki, Poroşenko CNN-ə açıqlamasında Donetskdə Rusiyanın 700-dən çox tankının, 1250 artilleriya sisteminin, 1000-dən çox zirehli texnikasının olduğunu bildirib.
Prezidentin sözlərinə görə, bu böyük ordu Rusiya tərəfindən dəstəklənir, əraziləri işğal edir və Ukraynaya hücum edir.