27 Sentyabr 2016 17:02
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə xarici işlər naziri Consonun Türkiyə təmasları davam edir. Teleqraf.com xəbər verir ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşən Conson maraqlı açıqlaması ilə diqqəti cəlb edib.

Belə ki, görüşdən sonra birgə mətbuat konfransı təşkil olunub və jurnalistlər hər iki nazirə suallarını ünvanlayıb.

Yerli jurnalistlərdən biri nazir Consona 4 ay əvvəl Türkiyə ilə bağlı işlətdiyi sözlə əlaqədar olaraq üzr istəyib-istəməyəcəyi haqda sual verib.

Nazir isə bildirib ki, Türkiyədə keçirdiyi görüşlər zamanı bu məsələ gündəmə gəlməyib: “Bu heç bir şəkildə danışıqlarımızda dilə gətirilməyib. 2 gündür Türkiyədə son dərəcə ətraflı danışıqlar həyata keçiririk. Çox faydalı müzakirələr apardıq. Bir araya gəldiyim kəslər Birləşmiş Krallığın nazirinin buraya gəlməsinin Türkiyəyə, Türkiyənin demokratiyasına olan müsbət münasibətin göstəricisi olduğunun fərqində. Bu, məncə, son dərəcə əhəmiyyətlidir. Bununla eyni zamanda təəccübləndiyimi ifadə etmək lazımdır, kimsə siz qaldırdığınız sualı dilə gətirmədi, ta ki siz bunu dilə gətirənə qədər”.

Nazir Consonun daha bir maraqlı fikri isə nazirlikdən çıxan zaman olub. Jurnalistlərdən biri İngiltərə xarici işlər nazirinə “Çankırlıdansınızmı” sualına, "Kalfatlıyam" cavabını verməsi olub.

Məlumat üçün deyək ki, Kalfat Çankırlı qəsəbəsinin bir kəndidir.

Onu da nəzərinizə çatdıraq ki, Londonun keçmiş meri və hazırda İngiltərə xarici işlər naziri olan Conson türk mənşəlidir. Onun babası Ali Kemal Osmanlı İmperatorluğunun daxili işlər və milli təhsil naziri olub, Ferit paşa hökumətində təmsil olunub.

Nazir Conson isə bir neçə ay əvvəl anti-Türkiyə mövqeyi ilə seçilmişdi, hətta prezident Ərdoğanla bağlı yazdığı tənqidi şerlə gündəmə gəlmişdi.

Qeyd edək ki, Conson Türkiyə səfəri zamanı prezident Ərdoğan, baş nazir Binəli Yıldırım və xarici işlər naziri Çavuşoğlu ilə görüşlər keçirib.

Cavad


Müəllif: