İsrailin sabiq prezidenti Şimon Peres ölüm ayağındadır.
Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, bir müddət öncə insult keçirən Ş.Peres Təl- Əvivdəki “Tel ha-Şomer” xəstəxanasına yerləşdirilib. Həkimlər Peresin sağalmaq ehtimalının az olduğunu bildirib.
93 yaşlı siyasətçini yaxınları bu gün ona baş çəkmək üçün xəstəxanaya gəliblər.