28 Sentyabr 2016 10:26
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya parlamenti Avropa Birliyinin Türkiyəyə verdiyi yardımları dayandırmağı tələb edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, parlament iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra hökumətin hüquqi prinsiplərə riayət etməməsini əsas gətirib.

Parlament Türkiyənin Hollandiyadakı məscidlərə maliyyə dəstəyinin dayandırılmasına dair təklifi də qəbul edib. Ana müxalifətdəki Sosialist və Xristian Birliyi partiyaları Avropa Birliyinin hər il Türkiyəyə göndərdiyi 600 milyon avroluq yardımı dayandırılması təklifini irəli sürüb. Parlament bu təklifi qəbul edib, məsələni Avropa Birliyində qaldırmaq qərarına gəlib.

Parlament Türkiyənin Dini Qurumlarla iş üzrə dövlət komitəsinin Hollandiyadakı məscidlərə maliyə yardımının dayandırılması qərarını da qəbul edib.

Hollandiyanın baş naziri Mark Rutte son verilən qərara münasibət bildirib. Onun sözlərinə görə, məscidlərə maliyə yardımının dayandırılması asan olmayacaq: "Buna səbəb dini etiqad azadlığıdır. Ona görə də bu, mümkün deyil".

Samir


Müəllif:

Oxşar xəbərlər