Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr Hələb şəhərində quru əməliyyatlarına başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əməliyyatlar 4 istiqamətdə aparılır. Bununla bağlı Suriya hərbi nümayəndələrindən biri məlumat verib. Onun sözlərinə görə, quru əməliyyatlarına Suriya qırıcıları havadan dəstək verir.
Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı Əsəd rejiminin son günlər Hələb şəhərində bəzi binaları ələ keçirdiyini, ancaq strateji mövqedən uğur qazana bilmədiyini açıqlayıb. Suriya hərbi mənbələri isə Hələb qalasının yaxınlığındakı məhəlləni ələ keçirdiklərini bildiriblər. Reuters agentliyinə danışan mənbə zirehli avtomobillərin Hələbin şərqinə doğru irəlilədiyini, şəhərin cənubunda şiddətli döyüşlərin getdiyini deyib.
Samir