28 Sentyabr 2016 15:23
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın energetika naziri Aleksandr Novak “Türk Axını” ilə bağlı “Rusiya 24” telekanalına açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Novak layihənin gələn ayın ortalarına qədər razılaşdırılacağını deyib. Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı bəzi fikir ayrılıqları mövcuddur:

“Hər iki hökumətdən olan xüsusi nümayəndə qrupu problemləri aradan qaldırmağa çalışır. Oktyabrın 15-dək razılaşmanın imzalanacağı gözlənlir”.

Qeyd edək ki, “Türk Axını” layihəsi ilə bağlı işlər ötən ilin noyabrında Rusiyaya məxsus Su-24 qırıcısının Türk F-16-ları tərəfindən vurulmasından sonra dayandırılmışdı.

Samir


Müəllif:

Oxşar xəbərlər