29 Sentyabr 2016 10:19
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Suriyada vətəndaş müharibəsi davam edərsə, əməliyyatlar genişlənəcək və Rusiyada terror aktları istisna edilmir”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib. O, mətbuat konfransında Suriyada davam edən vətəndaş müharibəsini şərh edərkən Rusiyaya mesajlar göndərib. Kirbinin fikrincə, Suriyada vətəndaş müharibəsinin davam edəcəyi təqdirdə radikal qruplar vəziyyətdən istifadə edə və əməliyyatları genişləndirə bilər: “Heç şübhə yoxdur ki, belə vəziyyət Rusiyanın mənfəətinə ziddir, Rusiyanın şəhərləri belə terror hücumlarına məruz qala bilər”.

Con Kirbi onu da əlavə edib ki, vətəndaş müharibəsi davam edərsə, Suriyada döyüşən rus əsgəri də ziyan çəkəcək: “Rus əsgərləri kəfəndə ölkələrinə dönə bilər. Rusiya hərbi mənbələrini və döyüş təyyarələrini itirəcək”.

Nərgiz


Müəllif: