Amerika Birləşmiş Ştatları (ABŞ) Senatı prezident Barak Obamanın 11 sentyabr qurbanları ailələrinin Səudiyyə Ərəbistanını məhkəməyə verməsinə imkan yaradan qanun layihəsinə qoyduğu vetonu rədd edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Senatda demokratların lideri Herri Rid prezidentə dəstək verən yeganə senator olub. Nümayəndələr Palatası da eyni addım atıb. Bu, prezident Obamanın qoyduğu vetonun ilk dəfə olaraq rədd edildiyi deməkdir.
Bu qərar 2001-ci ildə sentyabrın 11-də terror hücumları zamanı həlak olanlarının ailələri üçün böyük qələbə hesab edilir. İndiyə kimi onların ABŞ məhkəmələrində ədalətin bərpası səyləri Səudiyyə Ərəbistanının hüquqi toxunulmazlığı ilə əlaqədar dalana dirənmişdi.
Samir