ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri son bir ayda Suriya və İŞİD qruplaşmasının 18 liderini məhv edib.
Teleqraf.coç xarici mediaya istinadən xəbər verir ki, bunu koalisiyanın rəsmi nümayəndəsi Con Dorrian bəyan edib.
Onun sözlərinə görə, Mosulda İŞİD-in 13 yaraqlısı aviasiya zərbəsi nəticəsində öldürülüb.
Dorrian onu da xəbər verib ki, ölən islamçılar arasında səhra komandirləri, xarici koordinatorlar da var.