İraq ordusu Ramadi şəhərinin qərbindəki Ane bölgəsinə qəfil hücum təşkil edib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı İŞİD terror təşkilatının 33 döyüşçüsü öldürülüb.
Məlumatlara görə, hücumlar Ane bölgəsinin terrorçulardan tam azad edilməsi məqsədini daşıyır.
Qeyd edək ki, bu bölgə 2014-cü ildən terrorçuların nəzarətindədir.
Elvin