1 Oktyabr 2016 12:23
2 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

Davos Dünya İqtisadi Forumunun Qlobal Rəqabət Araştırma Mərkəzinin yaydığı hesabatda bu dəfə xalqların fiziki sağlamlığı, uzun ömürlülük rəqəmləri yer alıb.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı bəzi ölkələrlə bağlı əldə edilən nəticə gözlənilməz olub. Ruhi sağlamlıqla bağlı intihar hadisələrinin yüksək olduğu bəzi ölkələrin orta ömür həddi təxmin edilənlərdən yuxarı imiş.

Teleqraf.com dünyada ən uzun ömürlü ölkələrin siyahısını təqdim edir.

Dünyada ən uzun ömürlülər siyahısına Honk-Konq liderlik edir. Burada insanların orta ömür həddi 84 yaşdır.

İkinci yerdə Yaponiya gəlir. Bu ölkədə ömür həddi 83 yaş 6 aydır. Qeyd edək ki, Yaponiya 3 il əvvəl qadın intiharları hallarının artması səbəbindən sıralamada ikinci yerə düşüb.

İspaniya 83 yaş 1 ay ömür həddi ilə siyahıda üçüncü yerdə qərarlaşır. Burada insanların çox yaşamasının səbəblərindən biri kimi sehirli Ağ dənizlə yanaşı ölkədə zeytun, göyərti çeşidlərinin bolluğu, balıq məhsullarından və təzə yağdan daima istifadə göstərilir.

İsveçirədə ömür müddəti 82 il 8 aydır. İnsanların daha çox yaşamasına səbəb kimi ciddi səhiyyə xidmətlərinin təşkili və sağlam qidalanma göstərilir. Ölkənin ən yaşlı xanımı 1897-ci ildə doğulub və 2010-cu ildə vəfat edib.

İtaliyada orta yaş həddi 82 il 7 aydır. Sağlamlıq dərgisi kimi məşhur olan “Lenceta”-nın yanaşmasına görə, İtaliyada uzunömürlülərin çox olmasının bir səbəbi də, ölkədə milli gəlirdən yoxsullarla zənginlərin aldığı payın balanslı olması, nisbətən yoxsulları üçün sağlamlıq xidmətlərinin yüksək səviyyədə olması və daima təzə qqidalardan istifadə etmək imkanının olmasıdır.

Siyahıda Sinqapur 6-cı yerdədir. Bu ölkədə ömür həddi 82 il 6 aydır. Ölkədə 30 il əvvəl qurulan səhiyyə xidmətlərinin müasir həddə gətirilməsi ömür artımına səbəb olaraq gösstərilir.

Fransa siyahıda yeddinci yeri tutub. Ölkə vətəndaşları 82 il 4 ay yaşamaq imkanına malikdirlər.

Avistraliyada insanların orta ömür müddəti 82 il 3 aydır. Dünya Səhiyyə Təşkilatı Avstraliyada sağlam yaşam tərzinin genişlənməsi və səhiyyə xidmətlərinin yüksək səviyyədə olması səbəbindən insanların ömürlərinin bir qədər də uzanacağı qənaətindədir.

Maraqlıdır ki, siyahıda 9-cu yerə üç ölkə çıxıb. Bunlar İsrail, Luksenburq və Şimali Koreyadır. Bu ölkələrdə orta ömür 82 il 2 aydır. Siyahıda İsrail, Luksenburq və Şimali Koreya bir-birinin ardınca yer alıb.

İslandiyada isə orta ömür 82 il 1 aydır. İslandiya həm də səhiyyə və qidalanma baxımından dünyanınm ən öndə gedən ölkəsidir. Bu səbəbdən adı çəkilən ölkədə şəkər və ürək xəstəlikləri riski çox azdır.

İsveçdə orta ömürlülük isə 82 ildir. Dünyanın ən təmiz suyunun İsveçdə olduğu haqda fikirlər yeni deyil.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər