1 Oktyabr 2016 15:05
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın yeni baş naziri Karen Karapetyan dünən gecə yarısı gizli şəkildə Müdafiə Nazirliyinə baş çəkib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, müdafiə naziri səlahiyyətlərini icra edən Seyran Ohanyanla təkbətək görüş uzun çəkib.

Baş nazir diqqəti cəlb etməmək üçün Müdafiə Nazirliyinə xidməti avtomobillə gəlməyib. O, nazirliyə adi, nəzərə çarpmayan maşında yaxınlaşıb və onu heç kəs görməsin deyə binaya sürətlə daxil olub. Nazirliyin binasını da eyni qaydada tərk edib.

“Joxovurd” qəzetinin məlumatında deyilir: “Karapetyan görüşdə Ohanyanı inandırmağa çalışıb ki, onunla heç bir problemi yoxdur və ona qarşı deyil. Hər halda, yaxın günlərdə, nazir təyinatı olanda Karapetyanın sirli səfərinin səbəbi aydın olacaq”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər