Avropa Birliyi Paris İqlim sazişini ratifikasiya etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının iqlim məsələləri üzrə komissarı Miqel Arias Kanete söyləyib.
Paris iqlim sazişinin qlobal tətbiqi üçün atmosferə buraxılan zəhərli qazların 55%-nə nəzarət edən ölkələr buna imza atmalıdırlar. İndiyə qədər bu razılaşmaya 61 ölkə imza atıb. Bu ölkələrin hamısı bir yerdə atmosferə buraxılan zəhərli qazların 48%-nə nəzarət edirlər. AB bu müqaviləyə qoşulacağı təqdirdə razılaşma tam qüvvəyə minəcək. Əgər AB bu müqaviləni oktyabr 7-nə qədər ratifikasiya etməsə, noyabrın əvvəlində keçiriləcək iqlim konfransında səs hüququndan məhrum olacaq.
Paris iqlim sazişi 2015-ci ilin dekabrında imzalanıb.