1 Oktyabr 2016 21:47
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə milli məclisi hökumətin İraqda və Suriyada Silahlı Qüvvələrdən istifadə hüququnu 13 ay uzadıb.

Teleqraf.com xəbər verir ki, icazənin uzadılması məsələsinə bu gün parlamentin payız sessiyasının birinci iclasında baxılıb.

Parlamentdə təmsil olunan partiyalardan HDP qərara qarşı olsa da, CHP, MHP və AKP-nin səs birliyi qərarın qəbul olunmasına yetərli olub.

Parlament 2014-cü ilin oktyabrında ölkə hüdudlarından kənarda Silahlı Qüvvələrdən istifadə etməyə bir illik icazə vermişdi. Ötən ilin oktyabrında isə mandatın müddəti daha bir il uzadılmışdı.


Müəllif:

Oxşar xəbərlər