İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin oktyabrın 3-də Azərbaycana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə nazirin müavini Babək Dinparast bildirib.
İki günlük səfər zamanı Fəzli və Azərbaycanın yüksək vəzifəli məmurları müxtəlif sahələrdə ikitərəfli əlaqələr və əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.
O bildirib ki, bu səfər müxtəlif sahələrdə iki ölkənin əməkdaşlığında dönüş olacaq.