Türkiyə polisi bu gün İzmir şəhərinin qərbində Fətullah Gülənin qardaşı Qütbəddin Güləni həbs edib. Qeyd edək ki, Fətullah Gülən Türkiyədə dövlər çevrilişinə cəhddə günahlandırılır.
Teleqraf.com-un "Anadolu" agentliyinə istinadən xəbərinə görə, Qütbəddin Gülən qardaşının rəhbərlik etdiyi təşkilatla əlaqələ olmaqda ittiham edilir.
Polisə onun Qaziəmir rayonunda yaxın qohumunun evində gizləndiyi barədə məlumat daxil olub. İzmir polisi dərhal əməliyyat keçirərək onu həbs edib. Hazırda o, Türkiyə polisinin terrorizmlə mübarəzə şəbəsində saxlanılır.
Nihad