2 Oktyabr 2016 23:45
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Efiopiyanın Oromia bölgəsində dini mərasimlə əlaqədar toplaşan kütlənin içərisindəki bəzi şəxslər hökumət əleyhinə şüarlar səsləndirib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbərverir ki, polis aksiyaçılara atəş açıb. Hadisə nəticəsində 52 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

18.75

Bu gün Efiopiyada hökumət əleyhinə aksiyalar zamanı baş verən iğtişaşlar nəticəsində 50 nəfər həlak olub.

Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, müxalifətçilər polisin aksiya zamanı gözyaşardıcı qazdan istifadə etdiyini bidirilər: "Bu zaman basırıq yarandı və ayaq altında qalan 50 nəfər öldü".

Yerli hakimiyyət orqanları aksiya zamanı bir neçə etirazçının öldüyünü təsdiq edib.

"Xaos nəticəsində bir neçə nəfər ölüb, yaralanan şəxslər xəstəxanaya aparılıb", - Efiopiya hökumətindən bildiriblər.

Nihad


Müəllif:

Oxşar xəbərlər