"Suriyaya hərbi müdaxilə ABŞüçün intihar olacaq".
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bunu İranın ali dini lideri ayətullah Əli Xamneyinin məsləhətçisi, İran Streteji Araşdırmalar Mərkəzinin rəhbəri Əli Əkbər Vilayəti bildirib.
"Suriyaya birbaşa müdaxilə ABŞ-ın intiharı, Əfqanıstan və İraqdan sonra üçüncü məğlubiyyəti olacaq. Özü də əvvəlkilərdən də ciddi məğlubiyyətolacaq", - Vilayəti deyib.
Onun sözlərinə görə, demək olar ki, 6 ildir Suriya xalqı xarici, xüsusən də ABŞ-ın rəhbərliyi ilə Qərbin hərbi müdaxiləsinə qarşı dayanır. Suriya xalqı ABŞ-ın birbaşa müdaxiləsinə qarşı da dayanacaq. Amerikalılar bu addıma getməyəcək", - İranlı siyasətçi bildirib.
Nihad