3 Oktyabr 2016 15:16
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada səfərdə olan Avrasiya Yerli İdarəetmə Birliyinin baş katibi Hasan Cengiz və Ankara Böyükşəhər bələdiyyəsinin sədri Melih Gökçekin sözçüsü Ahmet Tunç burada prezident Vladimir Putinin özəl təmsilçisi Aleksandr Duqinlə görüşüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Hasan Cengiz məlumat verib. Onun sözlərinə görə, görüş zamanı Su-24 qırıcısının vurulması və 15 iyul hərbi çevrilişə cəhd məsələləri müzakirə olunub.

Aleksandr Duqin türk qırıcıları tərəfindən Rusiya Su-24 təyyarəsinin vurulması əmrinin prezident Rəcəb Tayyib Ərdoğana aid olmadığını 2015-ci ilin dekbarından bildiklərini açıqlayıb. Öz növbəsində, Hasan Cengiz qırıcının vurulmasının təxribat olduğunu xatırladıb. O deyib ki, bununla bağlı Türkiyə Hava Qüvvələrinin bir qrupunun apardığı araşdırmalar zamanı dəlillər üzə çıxıb.

"Duqin iyulun 15-dən bir gün əvvəl Türkiyəni xəbərdar etdi"

"2016-cı ilin martında Duqin Türkiyəyə səfərə gəldi. Ona Su-24 ilə bağlı lazımi dəlilləri təqdim etdik. Təyyarənin FETÖ-çular tərəfindən vurulduğunu bildirdim. O, dəlilləri Rusiya prezidenti Vladimir Putinə çatdıracağını dedi. 2016-cı ilin iyulun 14-də cənab Duqini yenidən Türkiyəyə dəvət etdik. 15 deputat ilə Feyzullah Kıyıcının ofisində toplantı keçirdik. Həmin vaxt Aleksandr Duqin mənə orduda hərəkətlənmənin olması ilə bağlı xəbərdarlıq etdi. İyulun 15-də Moskvaya geri dönmək üçün təyyarəyə mindiyi anda hərbi çevrilişə cəhd başlanmışdı" - bu sözləri Hasan Cengiz söyləyib.

"Ərdoğanın Rusiyaya yaxınlaşdığını görüb, hərbi çevrilişə cəhd etdilər"

"Heç kim bu hadisələrin niyə baş verdiyini anlamırdı, çünki çox yaxşı münasibətimiz vardı. Xoş olmayan hadisələr baş verdi. Türkiyəni tanıyan az qüvvələr vəziyyəti düzəltməyə çalışdılar. Niyə? Çünki, biz bu qərarın nə Ərdoğana, nə də Türk əsgərinə aid olmadığını anlayırdıq. Fətullah Gülənin cəhdlərinə baxmayaraq, Ərdoğan və Putin tarixi görüşü reallaşdırdı.

Cənab Duqinin bu münasibətlərin normallaşmasında rolunu xüsusilə qiymətləndirmək lazımdır. Hərbi çevrilişə cəhddən 20 gün sonra onu yenidən ölkəmizə dəvət etdik. Duqin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, prezidentin sözçüsü Burhan Kuzu və digərləri ilə görüşlər həyata keçirdi. Lazımi bütün sənədlər ona çatdırıldı. Təbii ki, bu məsələdə Qazaxıstan və Azərbaycandakı lobbilərimizin fəaliyyətini də qeyd etmək olar".

Samir


Müəllif: