İranın Türkiyədəki səfirliyi bu ölkədəki vətəndaşları ilə bağlı xəbərdarlıq mətni yayımlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, mətndə deyilir:
"Bəzi iranlı turistlər Türkiyədə xoşagəlməz olayla qarşılaşdı. Türkiyəyə səyahət edən vətəndaşlarımızı təhlükəli bölgələrdən və kütləvi yerlərdən uzaq olmağa çağırırıq. İranlı turistlər bu ölkədəki səfirliyimizin xəbərdarlığına riayət etməlidir".
Qeyd edək ki, dünən İstanbulda 2 iranlı turistin ölümü ilə nəticələnən insident baş verib. Hesaba etiraz edən turistlər əyləncə mərkəzinin 6 əməkdaşı tərəfindən öldürülüb.
Samir