11 sentyabr hadisələri üzündən Səudiyyə Ərəbistana qarşı iddia qaldırmağa icazə verən qanun layihəsinin ABŞ Konqresində qəbul edilməsindən iki gün sonra həyat yoldaşını itirən amerikalı qadın məhlkəməyə müraciət edib.
Bu məsələnmin gündəmə gəlməsindən sonra Türkiyənin "Yeni Şafak" qəzetinin yazarı İbrahim Karagül qeyri-adi çağırışla türk xalqına səslənib. Teleqraf.com xəbər verir ki, Karagül 15 iyul hərbi çevrilişə cəhd zamanı əziyyət çəkən şəxsləri ABŞ-ı məhkəməyə verməyə çağırıb. Məlumatlara görə, iraqlılar da ABŞ-ın İraqı işğal etdikləri və qətliam törətdikləri üçün məhkəməyə müraciət etməyə hazırlaşırlar: "ABŞ-ın 15 iyul hadisəsi ilə əlaqəsi yoxdur. Lakin ABŞ 15 iyul hadisələrində əsas adı hallanan terror təşkilatının lideri Fətullah Güləni ekstradisiya etməkdən boyun qaçırır. Bununla Vaşinqton Gülənin cinayətlərinə şərik olur. Bundan əlavə, PKK hücumlarından əziyyət çəkənlər də vaşinqton rəhbərliyini məhkəməyə verə bilər. Buna səbəb ABŞ-ın açıq şəkildə PKK-nın Suriya qolu sayılan PYD-ni dəstəkləməsidir".
Samir